Hollivud ulduzu Həbibin atasına başsağlığı verdi: “Qardaş, sənin üçün dua edəcəyəm”

Döyüş ustası və aktyor Jan-Klod Van Dam sosial media profilində bir məşqçiyə post yazıb. Allsport.az saytının məlumatına görə, Hollivud ulduzu UFC çempionu Həbibin atası Abdulmanaf Nurməhəmmədovunun ölümünə kədərləndiyini bildirib və başsağlığı verib, onu şəxsən tanımadığını qeyd edib:

“Qardaş, mənim sizinlə görüşmək fürsətim olmadı, amma həyat yolunuza həmişə heyran olmuşam. Sənin üçün dua edəcəyəm”.

Xatırladaq ki, qafqazlı döyüşçünün valideyni koronavirusun yaratdığı ağırlaşmadan dünyasını dəyişib. Başsağlığı verənlər arasında Rusiya prezidenti Vladimir Putin, Çeçenistanın rəhbəri Ramazan Qədirov və UFC başçısı Dana Uayt da olub.

Məşhur aktyor illər öncə Azərbaycana gəlib. Qəbələnin Vəndam qəsəbəsində onun heykəli var. Keçən il bu münasibətlə öz şəxsi hesabında heykəltaraş Azad Əliyevə təşəkkürünü bildirib.

Həmin kateqoriyadan