- Baxış sayı: 88
- 04 May 2026 22:56
- Baxış sayı: 205
- May 08, 2026
- 0
“Bakı”nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “zolaqlılar”ın türkiyəli çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Böyük sıxıntılardan sonra “Qarabağ” kimi güclü bir komandaya qarşı mübarizə apardıq. Mən indiyə qədər “oyuna çıxmayacağıq” cümləsi işlətməmişəm. Məşqə çıxmamaq olar, belə problemlər mümkündür. Bu gün futbolçular oyuna çıxdılar və 1 xal qazandıq. Mən bu xalı rəhbərliyə hədiyyə edirəm”.