İdman fotoqrafları üçün beynəlxalq təlim

4-6 noyabrda cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarış ərəfəsində bu gün Əliyev adına idman sarayında idman fotoqrafları və jurnalistlər üçün beynəlxalq təlim təşkil edildi. Məşğələ beynəlxalq cüdo federasiyasının fotoqrafları Qabriela SabauTamuna Kulumbeqaşvili tərəfindən keçirildi.

Təlimin nəzəri hissəsində Qabriela Sabau idman fotoqrafiyası sənətinin xüsusiyyətləri  haqqında məlumat verdi. O bildirdi ki, yarış zamanı çox saylı şəkillər çəkmək və əsas anı ölümsüzləşdirmək üçün, hər zaman hazır olmaq lazımdır: “Turnir zamanı təkcə ilk görüşlərdən 2000 şəkil çəkilir, onların içindən 50-si seçilir, reportaj və sayt üçün hazırlanır”. Qabriela əlave etdi ki, , əsas proses tataminin üzərində baş versə də, tataminin ətrafında məşqçilərin və azarkeşlərin göstərdiyi emosiyaların kadrlarda əks olunması bu işin ən əsas özəliklərindən biridir:

“Yarışlardan sonra  çalışırıq daha çox məşqçilərin yanında olaq. Çünki yarışlardan sonra məşqçilər və idmançılar arasında olan emosiyalar çox möhtəşəm olur. Bu kadrlar hər zaman çox sevilir və yadda qalır”. Həmçinin təlimdə məlumat verildi ki, Bakı “Böyük dəbilqə” turniri zamanı operativ fotoreportajların hazırlanması üçün yeni sistemdən istifadə olunacaq. 

Təlimin praktiki hissəsində yerli gənc idmançılar fəndləri nümayiş etdilər və qonaqların müşahidəsi ilə işrirakçılar peşəkar şəkillər çəkdilər. Məşğələnin əsas məqsədi cüdonun daha peşəkar işıqlandırılmasına nail olmaq və bu sahədə olan yeniliklər ilə idman fotoqraflarını və jurnalistləri tanış etməkdir. Sonda iştirakçılara sertifikat təqdim olundu.

Həmin kateqoriyadan