“İdman idarəçiliyi və olimpiya hərəkatı”nda fərqlənənlər

Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının “İdman menecmenti” magistr proqramının tələbələri tərəfindən təşkil olunan “İdman idarəçiliyi və olimpiya hərəkatı” fənni çərçivəsində onlayn “AzDBTİA PUBG Mobile” çempionatı yekunlaşıb.

Allsport.az saytı xəbər verir ki, kiberidmanda 64 komanda (256 fərdi oyunçu) iştirak edib. Qalib komandalara idman akademiyası və kiberidman federasoyası tərəfindən sertifikatlar verilib.

Həmçinin ilk 3 yeri tutmuş komandalar mükafat fondundan əlavə “Meshque” yerli idman brendindən və “Go Sport” mağazalar şəbəkəsindən müxtəlif hədiyyələr əldə ediblər.

Həmin kateqoriyadan