İdman paytaxtında tədbir

“Quba – İdman Paytaxtı 2024″ çərçivəsində atletika üzrə kütləvi idman tədbiri keçirilib.

Allsport.az xəbər verir ki, Quba-Xaçmaz regional gənclər və idman idarəsinin idman sektorunun təşkilatçılığı ilə keçirilən tədbir Quba olimpiya idman kompleksində baş tutub.

Mərasimdə Azərbaycan atletika federasiyasının (AAF) Quba şəhər nümayəndəsi Vüqar Atayev də iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd atletika idman növünə uşaq və yeniyetmələrin marağının artırılması, idmanın kütləviliyinin təmin edilməsi, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilidir.

Həmin kateqoriyadan