- Baxış sayı: 40
- 12 Avqust 2026 15:52
- Baxış sayı: 222
- Avqust 12, 2026
- 0

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa açıq turnirinin ilk yarış günündə Azərbaycan milli komandası 3 medal qazanıb.
Allsport.az saytı xəbər verir ki, Elşən Əsədov (-66 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub. Bu çəki dərəcəsində Rəşad Yelkiyev gümüş medala layiq görülüb. Kamran Süleymanov (-73 kq) isə yarışı bürünc medalla başa vurub.
Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 1 bürünc medalla 38 ölkə arasında ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.