İdmançılarımızdan uğursuz çıxış

Atletlərimiz Serbiyanın paytaxtı Belqrad keçirilən qış Balkan çempionatında çıxışlarını başa vurublar.

Allsport.az xəbər verir ki, milli 20 yaşadək idmançılar arasında təşkil olunan yarışda medal qazana bilməyib.

Məşqçi Valentin Buliçevin rəhbərliyi altında çıxış edən atletlərdən ən yaxşı nəticəni İlahə Quliyeva göstərib. O, 400 metr məsafəyə qaçışda finiş xəttinə 57,74 saniyəyə çatıb və 8-ci olub. Hüseyn Abbasov 9-cu (6,76 metr), Mehri Nadirova 10-cu (4,65 metr, hər ikisi uzunluğa tullanma) və Murad Babazadə (60 metr, qaçış, 7,26 saniyə) 16-cı yeri tutub.

Həmin kateqoriyadan