İJF-in icraiyyə komitəsi Bakıda hansı qərarları qəbul edib?

2021-ci il cüdo üzrə dünya çempionatı Avstriya paytaxtı Vyanada olacaq. Allsport.az saytı xəbər verir ki, bununla bağlı qərar İJF-in icraiyyə komitəsinin Bakıda keçirilən iclasında qəbul edilib. Yarış sentyabrın 12-19-da keçiriləcək.

Komanda yarışlarındakı cüdoçulardan hansının tatamiyə birinci çıxacağını püşk müəyyənləşdirəcək. Bunadək yarışlar “aşağıdan-yuxarı” çəki dərəcələri prinsipi ilə təşkil edilib. Bununla yanaşı, cüdonun illik təqviminə Kanada, İsrail və Çili qran-prilərinin əlavə olunacağı açıqlanıb.

Hakimlər komissiyası bildirib ki, son illərdə keçirilmiş nüfuzlu yarışların analizləri nəticəsində görüşlərin 82 faizdən çoxunun əsas vaxtda yekunlaşdığı məlum olub.

İclasda Cüdo federasiyasının prezidenti və İJF icraiyyə komitəsinin üzvü Rövnəq Abdullayev də iştirak edib. Gələn il eyni yarış Tokioda keçiriləcək.

Həmin kateqoriyadan