- Baxış sayı: 49
- 06 Avqust 2026 16:45
- Baxış sayı: 207
- Avqust 05, 2026
- 0

Yaponiyanın Osaka şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə cüdoçularımız çıxışlarını başa vurub.
Allsport.az xəbər verir ki, Murad Fətiyev (81 kq) 1/32 finalda qırğızıstanlı Vladimir Zoloyevə uduzub.
Qadınların yarışında Aleksandra-Larisa Florian (57 kq) 1/16 finalda yaponiyalı Tsukasa Yoşidanın məğlub olub. Eyni çəkidə yarışan İçinxorlu Munxtsedev isə ardıcıl 2 honkonqlu cüdoçunu məğlub etsə də, çinli Lin Çen Linqə uduzub.
İlk yarış günündə 7 cüdoçumuz yarışa start vermişdi və medalsız qalmışdılar.