“İl’Azero”lu cüdoçularımız dünya çempionatına Göygöldə hazırlaşır

Güləşçilərin ardından, cüdoçularımız da Göygölə üz tutub. Allsport.az saytı xəbər verir ki, olimpiya idman kompleksində məskunlaşan yığmamız, növbəti Qazan “Böyük dəbilqə”sinə və Budapeştdə dünya çempionatına hazırlaşır. Bu idman qurğusunun direktoru adı çəkilən idman növündə olimpiya və dünya çempionatının bürünc medalçısı Mövlud Mirəliyevdir.

İyunun 28-də xalların hesablanması dayandırılacaq və Tokio-2020 olimpiadasına yollanacaq tatami ustalarının adlarına rəsmi aydınlıq gələcək. Hazırda kişilərdə 5 (66 kq, 73 kq, 90 kq, 100 kq, +100 kq), qadınlarda 1 (+78 kq) yeri təmin etmişik.

Güclü cinsdə 2 çəkidə (60 kq və 81 kq) də vəsiqəyə yaxınıq. Belə olarsa, ölkəmiz tarixində ilk dəfə “dördillik”də tam heyətlə çıxış edəcək.  

Millimizin 66 kq-da öncüllərindən olan Orxan Səfərov öz sosial hesabında milli idman geyim brendi “İl’Azero”nun köynəyində paylaşım edib. İtalyanca Bir Azərbaycan” adlanan şirkətin rəhbəri, yeganə azərbaycanlı beynəlxalq voleybol agenti İlqar İmamquliyevdir.

Həmin kateqoriyadan