“İlhamlı qələbələr” idman festivalında velosiped üzrə “Zəfər” kuboku

Gənclər və idman nazirliyi, Azərbaycan velosiped idman federasiyası, respublika olimpiya velosiped məktəbi, idman jurnalistləri federasiyası, “Gənc velosipedçilər” içtimai birliyi, “Azərbaycan əlil velosipedçilərə dəstək” ictimai birliyi və brendsport.az saytının təşkilatçılığı ilə 44-günlük 2-ci Vətən müharibəsində qazanılan zəfərə “İlhamlı qələbələr” adlı idman festivalı çərçivəsində jurnalistlər və tanınmış ictimaiyyət
nümayəndələri arasında “Zəfər” kuboku keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, yarışda kişilər və qadınlar ayrı mübarizə aparacaqlar. İlk 3 yeri tutanlara tədbirin himayədarları tərəfindən hədiyyələr veriləcək.

Həmin kateqoriyadan