İlk dəfə qarışıq komanda medalı

İlk dəfə qarışıq komanda medalı

Çex Respublikasının paytaxtı Praqada gənc cüdoçuların Avropa birinciliyində komanda yarışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan ilk dəfə qarışıq proqramda medal fərqlənib. Millimiz 3-cü yer uğrunda mübarizədə Almaniyaya 4:1 qalib gəlib.

Nəzərinizə çatdıraq ki, Odlar yurdu ilin əvvəlindən etibarən qatıldığı bütün komanda yarışlarından medalla geri dönüb. İdmançılarımız yeniyetmələrin Avropa çempionatında bürünc, EYOF-2022-də qızıl, yeniyetmələrin dünya çempionatında gümüş, İslam həmrəyliyi oyunlarında kişilər arasında qızıl və qadınlarda bürünc mükafaya yiyələnib.

Xatırladaq ki, cüdoçularımız Avropa çempionatında fərdi çıxışlarda 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Həmin kateqoriyadan