İlk dünya çempionumuz məşqə başladı

«Gələn mövsümlə bağlı hələ konkret planlarım yoxdur»

Cüdoçularımız arasında ilk və hələlik yeganə dünya çempionu Elxan Məmmədov (100 kq) yüngül məşqlərə başlayıb. Bu barədə allsport.az saytına titullu idmançının özü məlumat verib. Deyib ki, zədə səbəbindən milli komanda ilə Yaponiya təlim-məşq toplanışına yollana bilməyib?

«Qasıq yırtığı səbəbindən, cərrahiyyə olundum. Əməliyyat İstanbulun məşhur «Acıbadəm» klinikasında keçdi. Artıq hər şey qaydasındadır. «Neftçi» bazada yükgül çalışmalara başlamışam. Gələn mövsümlə bağlı hələ konkret planlarım yoxdur. İnşallah, yaxşı olar».

Qeyd edək ki, London-2012-dən sonra çəki dərəcəsini 90-dan 100-ə qaldıran Elxan Məmmədov, hazırda IJF-in reytinqində 1612 xalla 4-cü sıradadır. Bu, ona Rio olimpiadasında da iştirak hüququ verir.

Həmin kateqoriyadan