İlk finalçı bilindi

NBA yarımfinal sıralamasının 5-ci oyununda “Oklahoma” öz meydanında “Minnesota” ilə qarşılaşıb.

Allsport.az xəbər verir ki, görüş meydan sahibi komandanın 124:94 (26:9, 39:23, 23:30, 36:32) hesablı qələbəsi ilə başa çatıb.

Oyunun ən məhsuldar basketbolçusu “Oklahoma”nın üzvü Şey Qilces-Aleksander olub. O, 34 xal (7 ribaund, 8 məhsuldar ötürmə) yığıb.

“Oklahoma” 4-1 hesabı ilə sıralamanı qazanıb. Digər finalçı “İndiana” və “Niks” arasında müəyyənləşəcək. Cütlər arasında hesab birincilərin xeyrinədir – 3:1.

Həmin kateqoriyadan