- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçuların Avropa kuboku start götürüb. Allsport.az saytı xəbər verir ki, ilk gündə baş məşqçi Elçin İsmayılov və məşqçi Şümşad Bəhramovun rəhbərlik etdiyi millimiz 2 medal qazanıb.
60 kq-da Turan Bayramov bütün görüşləri qalib başa vurub. Digər təmsilçimiz Nəriman Mirzəyev (73 kq) bürünc medal qazanıb.
Avropa kubokunda 24 ölkədən 306 cüdoçu çıxış edir.