İlk gündə 3-cü medal

Azərbaycanın qadın cüdoçusu İçinxorlu Muntsxedev Bakıda keçirilən “Böyük dəbilqə”də final görüşünə çıxıb.

Allsport.az xəbər ki, 57 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda yaponiyalı Momo Tamaoki ilə qarşılaşıb.

Rəqibinə ipponla uduzan Muntsxedev gümüş medalla kifayətlənib. Bu, cüdoçunun Böyük Dəbilqə yarışlarında ilk medalı olub.

Beləliklə, Azərbaycan cüdoçuları ilk yarış gününü 3 medalla başa vurub.

Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanıblar.

Həmin kateqoriyadan