“İlk hissədə sadə səhvlərə yol verdik”

“Qrupun aşkar favoritinə qarşı oynadıq. Xorvatiya millisi bizə qarşı çox yaxşı hazırlaşmışdı”. Allsport.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Milan Obradoviç deyib. Serbiyalı mütəxəssis Avro-2023-ün seçmə mərhələsinin Xorvatiya ilə oyunu barədə fikirlərini açıqlayıb. Obradoviç səfərdəki 0:2 hesablı məğlubiyyətə şərh verib:

“İlk hissədə sadə səhvlərə yol verdik, futbolçular qeyri-dəqiq ötürmələrlə yadda qaldı. Demək olar ki, rəqib ilk hissədə bizə oynamağa imkan vermədi. Məhz buna görə də, taktiki və fiziki cəhətdən daha hazırlıqlı olan Xorvatiya yığması fasiləyə kimi iki dəfə bizi məyus etdi.

Lakin ikinci hissədə əvəzetmələr sayəsində hücum qurduq, topa nəzarət edə bildik. Amma təəssüf ki, əlimizə düşən şanslardan yararlana bilmədik. Qarşıda bizi Avstriya millisi ilə oyun gözləyir. Ümid edirəm, Xorvatiya yığmasına qarşı görüşdə buraxdığımız səhvləri təkrarlamayacağıq”.

Həmin kateqoriyadan