İlqar Rəhimov beynəlxalq paralimpiya komitəsinin nümayəndəsini qəbul edib

Milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov beynəlxalq para-pauerliftinq idmanı sektorunun yarışlar üzrə baş hakimi Əzzəm Sarı Əli əl-Zubini qəbul edib. Allsport.az saytı xəbər verir ki, toplantıda ev sahibi qonağa bu idman növünə çox böyük diqqətin olduğunu deyib. O, qeyd edib ki, para-pauerliftinq Azərbaycan ağır atletika federasiyasının hər zaman diqqət mərkəzindədir.

Əzzəm Sarı Əli əl-Zubi ilk öncə uğurlu keçirilmiş seminarla bağlı məlumat verərək, yaradılmış şəraitə görə komitə prezidentinə təşəkkürünü bildirib. Müzakirələrdə keçirilmiş hakimlik seminarının çox böyük əhəmiyyətinin olması vurğulanıb. 2022-ci ildə para-pauerlifting üzrə Avropa çempionatının Bakıda keçiriləcəyindən və bu kimi mötəbər beynəlxalq yarış öncəsi bir neçə belə seminarların keçirilməsi ilə bağlı qarşılıqlı razılığa gəlinib. Hazırlıq çərçivəsində 2021-ci ildə Bakıda hakimliklə bağlı beynəlxalq seminarın təşkili də təklif olunub.



Həmin kateqoriyadan