İlqar Rəhimov beynəlxaql paralimpiya komitəsinin prezidenti ilə görüşüb

Xəbər verdiyimiz kimi, milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov beynəlxalq paralimpiya komitəsinin Almaniyanın Bonn şəhərində tədbirlərində iştirak edir. Allsport.az saytı xəbər verir ki, o, oktyabrın 24-də təşkilatın prezidenti Andrü Parsonsla görüşüb.

Həmyerlimiz komitənin 30 illik yubileyi münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubunu ona təqdim edib. O, təbrikə və diqqətə görə ölkə başçısına öz təşəkkürünü bildirib.

Sonra paralimpiya hərəkatının inkişafı sahəsində müzakirələr aparılıb. 

Həmin kateqoriyadan