İlqar Rəhimov dünya çempionatına yollanacaq üzgüçülük üzrə paralimpiya millisi ilə görüşüb

Üzgüçülük üzrə paralimpiyaçılarımız dünya çempionatına yola düşür. Allsport.az saytı xəbər verir ki, bununla əlaqədar AMPK prezidenti İlqar Rəhimov idmançılarla görüşüb. Komitə prezidenti onlara uğurlar arzu edib.

Qeyd edib ki, Londonda keçiriləcək dünya çempionatı olduqca məsuliyyətli yarışdır. Çünki bu yarış Tokio-2020 paralimpiya oyunlarına birbaşa lisenziya qazandırır. Bu səbəbdən də idmançılar nizam-intizamlı olmalı, məşqçilərin tövsiyələrinə əməl etməlidirlər. Nizam-intizam olan yerdə uğur da var.

Komandanın baş məşqçisi Alavərdi Culfayev idmançıların yarışa tam hazır olduqlarını qeyd edib. Ölkəmizi Roman Saleh, Vəli İsrafilov və Şamil Şahov təmsil edəcəklər.

Həmin kateqoriyadan