İlqar Rəhimov italiyalı həmkarı ilə görüşüb

Milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov Genuyada Avropa çempionatında iştirak edən paracüdoçularımızın çıxışlarını izləmək üçün İtaliyadadır. Allsport.az saytı xəbər verir ki, bu sınaq Tokio-2020-yə lisenziya verir. Həmyerlimiz səfər çərçivəsində bu ölkədən həmkarı Luka Pakalli ilə görüşüb.

Söhbət zamanı, paralimpiya hərəkatının inkişafı sahəsində əldə olunmuş təcrübə və əməkdaşlıq sahəsində ətraflı müzakirələr aparılıb. Müzakirələrin yekununda birgə layihələrin həyata keçirilməsi və uşaq paralimpiya hərəkatının inkişafı sahəsində Azərbaycanın təcrübəsinin İtaliyada tətbiq edilməsi qərara alınıb.

İlqar Rəhimov, həmçinin İtaliyanın görmə məhdudiyyətli şəxslərin paralimpiya idman federasiyasının pezidenti Sandro Di Cirolamo ilə də görüşüb. Söhbət zamanı cari ilin mayında Bakıda imzalanmış əməkdaşlığa uyğun olaraq, görüləcək işlər və İtaliya paralimpiya komitəsinin bu sahədə rolu geniş müzakirə edilib.

İlqar Rəhimov beynəlxalq gözdən əlillər idman federasiyasının idarə heyətinin üzvü Lidiya Abramova ilə də görüşüb. Söhbətdə paralimpiya idmanı sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlıq barədə müzakirələr aparılıb.

Həmin kateqoriyadan