İlqar Rəhimov “Öz idman növünü seç”di

Xəbər verdiyimiz kimi, Sankt-Peterburq şəhərində əlil arabasında idman rəqsi üzrə dünya və qitə kubokları keçirilir. Allsport.az saytı xəbər verir ki, və həmin yarışlarda ölkəmizi 4 idmançı təmsil edir. Rusiyanın “Ərazilərin ekoloji-sosial və innovativ inkişafına dəstək milli mərkəzi”nin və beynəlxalq texniki sertifikataşma ekspert mərkəzinin dəvəti ilə milli paralimpiya komitəsinin prezindenti İlqar Rəhimov tədbirdə qonaq kimi iştirak edir.

Səfərin ilk günündə o, ekspert mərkəzinin səlahiyyətli nümayəndəsi Nataliya Krel və Rusiyanın qeyri-kommersiya təşkilatının direktoru Dmitri Petrakovla görüşüb. Toplantıda birgə əməkdaşlığın mümkün istiqamətləri geniş müzakirə olunmuş və sonda birgə əməkdaşlıq haqqında üçtərəfli müqavilə imzalanıb.

Müqavilədə hər iki ölkənin qanunvericiliyinə uyğun olaraq, paralimpiyaçıların istifadə etdikləri idman arenalarında və qurğularında eyni zamanda beynəlxalq yarışlar keçirilən arenalarda müyəssərliyin təmin edilməsi zamanı beynəlxalq standart və normalara riayət olunmasında birgə fəaliyyət və bu sahədə mütəxəssislərin hazırlanması öz əksini tapmışdır.

AMPK prezidenti İlqar Rəhimov imzalanma mərasimindən öncə təşkil olunmuş “Öz idman növünü seç” adlı sərgidə iştirak etmişdir. İ.Rəhimovu Nataliya Krel və Dmitri Petrakov müşayiət edərək, onu sərgidə nümayiş olunan paralimpiya oyunlarına aid qış və yay idman növləri ilə tanış ediblər.

Həmin kateqoriyadan