İlqar Rəhimov paracüdoçularımıza xeyir-dua verdi

Paracüdo yığmamız 23-24 sentyabrda Daşkənddə qran-pridə iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, bununla bağlı milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov komanda üzvlərini qəbul edib. O, idmançılarımıza ümidlərin böyük olduğunu qeyd edib, onlara uğurlar arzulayıb.

Tokio-2020-yə lisenziya xalları qazandıran yarışda ölkəmizi 8 kişi, 8 qadın təmsil edəcək: Vüqar Şirinli (60 kq), Bayram Mustafayev (66 kq), Namiq Abbaslı -66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq), İlham Zəkiyev (+100kq);

Şahanə Hacıyeva (48 kq), Səbinə Abdullayeva (52 kq), Bəsti Səfərova (52 kq), Afaq Sultanova (57 kq), Sevda Vəliyeva (57 kq),  Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (70 kq) və Dürsədəf Kərimova (+70 kq).

Həmin kateqoriyadan