İlqar Rəhimov: Tokioda 32 paralimpiyaçı ilə təmsil oluna bilərik

Azərbaycan Tokio-2020 yay paralimpiya oyunlarında 32 idmançı ilə təmsil oluna bilər. Allsport.az xəbər verir ki, bunu milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov deyib. Onun sözünə görə, idmançılarımız olimpiadada 7 növdə mübarizə aparacaqlar:

“Heyətimiz ili uğurla başa vurdu. Artıq paralimpiyaçılarımız 7 vəsiqə qazanıblar. Növbəti lisenziyaları gələn ilin ilk yarısına yiyələnməyi planlaşdırmışıq. Ehtimala görə, Tokioya 32 nəfərlə yollana bilərik. Rio oyunları ilə müqayisədə, bu çoxdur. Braziliyada 24 paralimpiyaçı iştirak etmişdi.

Əlil idmançılarımız ictimaiyətdə böyük nüfuz qazanırlar. Onların uğurlarına digər əlil insanlar baxaraq həvəslənib, idmanla məşğul olmağa başlayırlar. Bu məsələnin təbliğatında KİV-in böyük əməyi var”.

Həmin kateqoriyadan