“İntensiv oyun nümayiş etdirdik”

“Sabah” klubu Azərbaycan basketbol liqasının final sıralamasının 5-ci oyununda “Neftçi”yə 107:89 yenib. 

Allsport.az xəbər verir ki, “bayquşlar”ın baş məşqçisi Rimas Kurtinaytis qələbə barədə danışıb:

“İlk növbədə komandaya bugünkü qələbədə böyük əmək sərf etdiyinə görə təşəkkür edirəm. Biz ədalətli olaraq oyun ərzində dominant basketbol sərgilədik və məntiqi qələbə qazandıq. İntensiv oyun nümayiş etdirdik. Birgünlük istirahət komanda üzvlərinə faydalı oldu. Oyunçuların psixologiyasına yaxşı təsir etdi. Lakin hələ heçnə bitməyib. Qələbə qazansaq da, əvvəlki iki oyunda məğlubiyyət bizim üçün bir təcrübədir. Bu gün oyuna fərqli 5-liklə başladıq. Düşünürəm ki, bu da oyunumuza öz müsbət təsirini göstərdi”.

Həmin kateqoriyadan