FOTO
“İnter” potensial baş məşqçisi ilə müqavilə imzaladı

Bu günlərdə Marino Pusiçin “İnter” komandasının baş məşqçisinin köməkçisi təyin ediləcəyi barədə məlumat vermişdik. Allsport.az xəbər verir ki, bu gün mütəxəssislə klub arasında müqavilə imzalanıb.

Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, Pusiç cari mövsümün sonunadək “İnter”in baş məşqçisinin köməkçisi vəzifəsində çalışacaq. Mövsümun sonunda tərəflər arasında aparılan növbəti danışıqlar zamanı mütəxəssisin baş məşqçi postuna təyin olunması məsələsi müzakirə ediləcək. Razılıq əldə ediləcəyi təqdirdə Pusişin baş məşqçi postuna təyin olunması məsələsi həllini tapacaq.

 

 

Həmin kateqoriyadan