İrina Zaretska: Ümid edirəm ki, yetərincə medal qazanacağıq

Krakov-2023 Avropa oyunlarında karateçimiz İrina Zaretska (+68 kq) bu gün fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Döyüşdən sonra o sevincini allsport.az saytı ilə bölüşüb:

“Qızıl medal qazandığım üçün şadam. Bu, mənim Avropa oyunlarında 2-ci ən yüksək əyarlı mükafatımdır. Ümumilikdə isə, 3-cü finalım idi. Fərqlənənlərin hamısını təbrik edirəm, digərlərinə də uğur arzulayıram.

Ümid edirəm ki, olimpiyaçılarımız yetərincə medal qazanıb komanda hesabında Azərbaycanın qənaətbəxş yer tutmasında yardımçı olacaqlar”.

Həmin kateqoriyadan