- Baxış sayı: 57
- 12 Noyabr 2026 22:32
- Baxış sayı: 389
- Noyabr 09, 2026
- 0
Ölkəmizin yeganə EHF nümayəndəsi İskəndər Əsgərov növbəti təyinat alıb. Allsport.az saytı xəbər verir ki, həndbol mütəxəssisi, iyunun 1-də Kiyev İdman Sarayında keçiriləcək qadınlar arasında Avropa çempionatının 2-si təsnifat mərhələsinin 2-ci qrupunda Ukrayna – Serbiya oyununda hakimlərə nəzarət edəcək.
Görüşün referiləri Xavyer Alvares Mata və Yon Bustamante Lopezdir. Onların hər ikisi İspaniyadandır. Bu yarışın final mərhələsi 4-18 dekabrda İsveçdə təşkil olunacaq.