- Baxış sayı: 23
- 23 İyul 2026 19:37
- Baxış sayı: 135
- İyul 22, 2026
- 0

ABŞ-li UFC döyüşçüsü Bilal Məhəmməd İslam Mahaçevlə İen Qerri arasında keçiriləcək titul döyüşü ilə bağlı fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, yarımağır çəki dərəcəsində çempionluq kəməri uğrunda qarşılaşma avqustun 16-da ABŞ-nin Filadelfiya şəhərində təşkil olunacaq UFC 330 turnirinin əsas döyüşü olacaq.
Belal Məhəmməd hesab edir ki, İen Qerri layiqincə qiymətləndirilmir:
“Düşünürəm ki, insanlar İeni qiymətləndirmirlər. O, çox ağıllı döyüşür və qarşılaşma üçün düzgün plan qurur. Əlbəttə, İslam dünyanın ən yaxşı döyüşçüsüdür, amma mən İeni də əsl döyüşçü hesab edirəm”.
ABŞ-li idmançı Mahaçevin parterdə üstünlüyünü xüsusi vurğulayıb:
“Əgər İen yerə yıxılsa, Şövkət Raxmonovla döyüşdə etdiyi kimi hərəkət edə bilməyəcək. O vaxt rəqibini sadəcə nəzarətdə saxlayırdı. Amma İslamı qapalı müdafiədə saxlaya bilməz. İslam parterdə Şavkatdan daha təhlükəlidir. Əgər İen bunu bacaracağını düşünürsə, yanılır”.
Qeyd edək ki, İslam Mahaçev MMA karyerasında keçirdiyi 29 döyüşün 28-də qalib gəlib. İen Qerri isə 22 görüşdə 21 qələbə qazanıb.