- Baxış sayı: 47
- 06 Avqust 2026 16:45
- Baxış sayı: 204
- Avqust 05, 2026
- 0

Bu gün – dekabrın 23-də Bakı İdman Sarayında cüdo üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb. Allsport.az xəbər verir ki, iki gün davam edəcək yarışda respublikamızın müxtəlif bölgələrindən 400-ə yaxın cüdoçu mübarizə aparacaq.
Çempionatın açılış mərasimində çıxış edən Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov fikirlərini bölüşüb: “Cüdo ölkəmizdə populyar idman növlərindəndir. Bu sahədə 2 olimpiya çempionumuz var. Son aylarda milli federasiyanın rəhbərliyində ciddi dəyişikliklər oldu. İnanıram ki, yeniliklər cüdomuzun inkişafına yeni təkan verəcək”.