İsmayıllıda yeniyetmə cüdoçuların bölgə birinciliyi keçirilib

İsmayıllıda yeniyetmələr cüdoçuların bölgə birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 2008-2010-cu il təvəllüdlü idmançıların iştirak etdiyi yarışda Ağsu, Göyçay, İsmayıllı, Qəbələ, Qobustan, Şamaxı və Ucardan 88 idmançı medallar uğrunda mübarizə aparıb.

Turniri hakimlər üzrə meneceri Mətin Rəhimli və beynəlxalq dərəcəli hakim Məhəmmədəli Quluzadə ilə yanaşı, hakimlər Pərviz Hüseynov, Bəhriyyə Hüseynova, Vasif İsgəndərov, Fəxrəddin Əliyev, Ayaz Abbasov və Mənsur Abbasov idarə ediblər.

Yarışın qalibləri diplom və medallarla mükafatlandırılıblar. Bu yaş qrupu üzrə növbəti yarışlar martın 16-da Qusarda, 2 gün sonra Masallıda, aprelin 6-7-də isə Sumqayıtda təşkil olunacaq.

Həmin kateqoriyadan