“İstedadlı uşaqların müəyyən edilməsi” layihəsinin final mərhələsi

Beynəlxalq olimpiya komitəsinin həmrəyliyi proqramının dəstəyi, milli olimpiya komitəsi və Azərbaycan atletika federasiyasının təşkilatçılığı ilə, “İstedadlı uşaqların müəyyən edilməsi” layihəsinin final mərhələsi keçirilib.

Allsport.az saytı xəbər verir ki, açılışda MOK-un vitse prezidenti və AAF-in rəhbəri Çingiz Hüseynzadə bütün iştirakçılara uğurlar arzulayıb. Layihə çərçivəsində 5 müxtəlif rayondan (İsmayıllı, Şamaxı, Masallı, Neftçala və Lerik) olan 250 uşaq arasından 40 uşaq (20 oğlan, 20 qız) Bakıda finala dəvət alıblar.

Uşaqlar top atma, uzunluğa tullanma, 30 metr məsafəyə qaçış və 4×50 metr estafet qaçışında öz güclərini sınayıblar.

Həmin kateqoriyadan