İştirakçı sayı 30-a çatdı

Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirində beş qitənin hamısı təmsil olunacaq.

Allsport.az xəbər verir ki, təşkilat komitəsinə müraciət edən iştirakçı komandaların sayı 30-a çatıb.

Niderland 16 idmançı ilə yarışda çıxış edəcək ən böyük heyətə malikdir. İspaniya isə yarışa 11 cüdoçu ilə qatılacaq.

Kanada, Belçika, Dominikan Respublikası, Qabon, Böyük Britaniya, ABŞ, Bəhreyn və digər ölkələrin idmançıları “Böyük Dəbilqə”də güclərini sınayacaq.

Qeyd edək ki, turnir fevralın 16-18-də keçiriləcək.

Həmin kateqoriyadan