Ja Morant tarixdə görünməmiş bir cəza ala bilər

İnstaqram səhifəsində silah göstərən və 2 oyunluq kənarlaşdırılma alan “Memfis Qrizlis”in ulduzu Ja Morant tarixdə görünməmiş cəza ilə üzləşə bilər.

Allsport.az xəbər verir ki, artıq onun məsələsi polis tərəfindən araşdırılır.

“Substack”da çalışan amerikalı idman müxbiri Mark Steyn, kollektiv müqavilədə bir oyunçunun komanda binalarına odlu silah gətirdiyi təqdirdə 50 matç cəzası alacağını bildirən bənd olduğunu açıqlayıb.

“Kollektiv müqavilədə deyilir ki, kimsə komandanın obyektlərinə və ya komandanın təyyarəsinə odlu silah gətirərsə, avtomatik olaraq 50 oyunluq cəza alacaq. Bu səbəbdən onlar silahın harada olduğunu öyrənməyə çalışırlar”.

Həmin kateqoriyadan