Jalə Piriyeva Tokioda bürünc medal qazanıb

Bu gün Tokioda bədii gimnastika üzrə “AEON cup – 2015” klublararası dünya çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, ənənəvi mübarizədə 23 klub iştirak edib. Hər bir komanda üç gimnast, o cümlədən 2 senyor və 1 yunior ilə təmsil olunub.

Yarışmanın yekunlarına görə, Azərbaycanın Marina Durunda, Ayşən Babayeva və Jalə Piriyevadan idarət “Ocaq Sport Club” komandası 5-ci yeri tutub. Rusiyanın “Qazprom” komandası 1-ci, Ukraynanın “Deryuginlər məktəbi” komandası 2-ci, Belarusun “Dinamo” komandası isə 3-cü yeri tutublar.

Bu dəfəki çempionatda da fərqlənən yuniorka Jalə Piriyeva bürünc medal qazanıb. O, ip, halqa, top və gürz ilə yaddaqalan çıxışlarına görə hakimlərdən yüksək ballar alıb.

Həmin kateqoriyadan