- Baxış sayı: 586
- 07 May 2026 16:16
- Baxış sayı: 168
- May 08, 2026
- 0

Avropa yeniyetmələtinin olimpiya festivalında Hüseyn Məmmədov (+90 kq) qızıl medal qazandı. Cüdoçu yarışdan sonra sevincini allsport.az-la bölüşdü:
“Yarış çətin keçdi. Buna rəğmən, Allaha çox şükür olsun, sonda çempion oldum. Düzü, finalda nəinki xəbərdarlıqla qalib gəlməyi, ümumən, 2-3-cü yerləri tutacağımı zənn edirdim.
Həlledici görüşdə Rusiyalı rəqibimi tanıyırdım, əvvəllər onunla çox güləşmişəm. Qonşu ölkənin 1-ci heyət üvünü Polşada keçirilən Avropa kubokunda ilk tutaşmada üstələmişəm.
Qarşıda dünya birinciliyi gəlir. Orda da öz sözümü deməyə çalışacağam.”