Kəmər dərəcələri imtahanından kimlər keçdi?

Allsport.az saytı xəbər verir ki, cüdo üzrə milli komandalar üçün təlim-məşq mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

İmtahanda 250-dən çox cüdoçu müvafiq yaş uyğunluğuna əsasən müxtəlif kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.

Kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

Həmin kateqoriyadan