Kəramət Hüseynov dünya çempionatında 3-cü oldu, 1000 xal qazandı

Bu gün Macarıstan paytaxtı Budapeştdə cüdoçuların dünya çempionatı başlayıb. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə sevindirici anlar yaşanıb.

60 kq-da mübarizə aparan Kəramət Hüseynov “A” qrupunda inamlı təsir bağışlayıb. O, Moldova və Yaponiya təmsilçiləri üstələyib. İdmançımız qrup qalibi olmasa da, təsəllivericidə monqolustanlı, 3-cü yer uğrunda tutaşmada qazaxıstanlı rəqiblərini üstələyib.

Digər milli üzvlərindən Davud Məmmədsoy (60 kq), Aişə Qurbanlı və Leyla Əliyeva (48 kq) mücadiləni daha erkən dayandırıblar.

Dünya çempionatında ilk yeri tutan 2000, gümüş mükafatçı 1400, 3-ci sıraya çıxanlar 1000, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 720 və 520 əmsal xalı qazanırlar.

Həmin kateqoriyadan