Kəramət Hüseynov qitə çempionatında bürünc medal və 350 xal qazandı

Kəramət Hüseynov qitə çempionatında bürünc medal və 350 xal qazandı

Portuqaliya paytaxtı Lissabonda Avropa çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, 45 ölkənin 359 cüdoçunun mübarizə apardığı yarışda Azərbaycanı 9 nəfər təmsil edir. Rəqabətin ilk günü komandamız hesabına 1 medal yazıb.

60-kq-da Kəramət Hüseynov 1/16 finalda Nikolae Foka (Moldova), sonra Mehraz Ağquşu (Türkiyə) üstələyib. 1/4 finalda ispaniyalı Fransisko Garrigosa yenilən idmançımız, təsəlliverici görüşdə italiyalı Angelo Pantanonu, 3-cü yer üçün tutaşmada bolqarıstanlı Yanislav Gerçevi ipponla məyus edib.

Avropanın ən güclülərinin yarışında ilk yeri tutan 700, gümüş mükafatçı 490, 3-ci sıraya çıxanlar 350, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 252 və 182 əmsal xalı qazanırlar.

Həmin kateqoriyadan