- Baxış sayı: 42
- 05 May 2024 21:00
- Baxış sayı: 92
- May 03, 2024
- 0
Bu gün Tiflisdə “Böyük dəbilqə” start götürüb. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə 7 cüdoçumuz tatamiyə çıxıb. Onlardan yalnız biri mükafat qaza bilib.
60 kq-da Kəramət Hüseynov “C” qrupunda qalib adını son anda əldən versə də, təsəlliverici və 3-cü yer uğrynda görüşlərdə fürsəti qaçırmayıb. Maraqlıdır ki, ona qalib gələn niderlandlı idmançı növbəti 2 tutaşmada yenilərək fəxri kürsüyə çıxa bilməyib.
Kəramət Hüseynov martın əvvəllərində Daşkənddə eyni yarışda 5-ci olmuşdu.
“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanacaqlar.