Kəramətdən 5-ci yer və 360 xal

Bu gün Daşkənd “Böyük dəbilqə”si start görütüb. Allsport.az xəbər verir ki, ilk yarış rəqabətində cüdoçularımızdan ən yaxşı nəticəni Kəramət Hüseynov (60 kq) göstərib. O, “C” qrupunu qalib başa vursa da, sonrakı 2 görüşü yenilərək 5-ci yerlə kifayətlənib, 

Oruc Vəlizadə (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi – 66 kq), qadınlarda Aişə Qurbanlı ilə Leyla Əliyeva (48 kq) mübarizəni daha erkən başa burublar.

“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanacaqlar.

Həmin kateqoriyadan