Kadetlər Fransada qitə kuboku ərəfəsində

Aprelin 23-24-də Fransanın Strasburq şəhərində kadet cüdoçuların Avropa kuboku olacaq. Allsport.az saytı xəbər verir ki, yarışda iştirak etmək üçün indiyədək 18 ölkədən 250 idmançı qeydiyyatdan keçib.

Bizdən oğlanlarda Məhəmməd Məmişov, Xalid Məmmədov (50 kq), Məhəmməd Musayev, Xanəhməd Şərifov, Şahin Oruczadə (55 kq), Nizami İmranov, Mehdi Cəfərov (60 kq), Nicat Nağıyev, Əbil Yusubov (66 kq), Süleyman Əliyev, Əli Hacızadə, Nahid Tərquliyev (73 kq), Camal Baxışov (81 kq), Ramazan Əhmədov, Zaur Sarıoğlunun (+90 kq) çıxış etməsi planlaşdırılıb.

Qızlarda Xumar Qasımzadə (44 kq), Fidan Qasımova (52 kq) və Fidan Əlizadə (57 kq) mübarizə aparacaqlar.

Həmin kateqoriyadan