Kamran Zeynalovdan 4-cü vəsiqə

Tokio-2020 paralimpiya oyunlarına 4-cü lisenziya qazanılıb. Allsport.az saytı xəbər verir ki, Avstraliyanın Sidney şəhərində keçirilən paraatıcılıq üzrə dünya çempionatında Kamran Zeynalov fərqlənib.

O, 50 metr məsafəyə güllə atıcılığında göstərdiyi nəticəyə görə ilk 15 idmançı arasında yer alıb və paralimpiadaya vəsiqəni təmin edib.

Qeyd edək ki, daha öncə Yelena Taranova güllə atıcılığında, Elşən Hüseynov parapauerliftinqdə və Roman Saleh paraüzgüçülükdə bu oyunlarına lisenziya qazanıblar.

Həmin kateqoriyadan