Karateçilərimiz də olimpiadaya yollandı

Azərbaycan karateçiləri Tokioya yollanıblar. Allsport.az saytı xəbər verir ki, “Nippon Budokan” mərkəzində avqustun 5-də Firdovsi Fərzəliyev (67 kq), ertəsi gün Rafael Ağayev (75 kq), növbəti gündə İrina Zaretska (+61 kq) xalçaya çıxacaq. 

Olimpiadanın proqramına ilk dəfə daxil edilən karate yarışları kumite üzrə birləşdirilmiş 6 çəki dərəcəsi (3 kişi və 3 qadınlar) və kata çıxışlarından (kişi və qadınlar) ibarət olacaq. Hər çəki və kata nümayişində 2 qrupa bölünən 10 idmançı çıxış edəcək.

Qruplardan iki ən yüksək nəticə göstərən kimono ustaları yarımfinalda, sonrakı mərhələnin qalibləri finalda, məğlub olanlar isə yeganə bürünc medal uğrunda mübarizə aparacaqlar. 

Tokio-2020-də 34 ölkəni təmsil edən 82 karateçi mübarizə aparacaq.

Həmin kateqoriyadan