Karateçimiz 2-ci yer tutdu

Bu gün Tokio olimpiadasında son təmsilçisimiz mübarizəyə qoşulub. Allsport.az saytı xəbər verir ki, qadın karateçi İrina Zaretska (+61 kq) “A” qrupunda ilk görüşdə yaponiyalı Ayumi Ueskanı 4:1, sonra italiyalı Silvia Semeraronu 3:2 məyus edib. 

Avropa və dünya çempionumuz 3-cü kumitedə qazaxıstanlı Sofiya Berultsevaya 4:5 yenilsə də, son döyüşündə Məltəm Xocaoğluya 4:0 qalib gəlməklə hesabı 6 xalla qrupu 1-ci pillədə başa vurub.

25 yaşlı kimono ustası yarımfinalda digər qrupun 2-cisi Li Qonqla (Çin) üz-üzə gəlib və 7:2 sevinib.

İrina Zaretska finalda misirli Feryal Abduləzizlə görüşüb. Gərgin mücadilədə 0:2 uduzan idmançımız, 1-ci yerlə kifayətlənib.

Həmin kateqoriyadan