Karatedə rəqiblərimiz bilindi

Tokio-2020-də karate yarışlarının püşkü atılıb. Allsport.az saytı xəbər ki, kumite rəqabətində olimpiyaçılarımızın rəqibləri bəlinib.

5-qat dünya və 11-qat Avropa çempionu Rafael Ağayev (75 kq) əsas rəqibi italiyalı Luici Busa ilə “B” qrupunda mübarizə aparacaq. Onun digər rəqibləri Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovdur (Qazaxıstan). Kimono ustamız avqustun 6-da xalçaya çıxacaq.

Qadın karateçimiz İrina Zaretska (+61 kq) da “B” qrupunda yer alıb. O, Məltəm Xocaoğlu (Türkiyə), Sofiya Berultseva (Qazaxıstan), Ayumi Uekusa (Yaponiya) və Silvia Semeraro (İtaliya) ilə döyüşəcək. Qrupun görüşləri avqustun 7-də olacaq.

Firdovsi Fərzəliyevin (67 kq) “A” qrupunda rəqibləri Əray Şamdan (Türkiyə), Darxan Assadılov (Qazaxıstan), Əli Əlsavi (Misir) və Naoto Saqodur (Yaponiya). Bu çəkidə mübarizə sabah başlayır.

2 qrupdan ibarət olan yarışda ilk 2 yeri tutanlar yarımfinala yüksələcək. Qrup 1-inciləri yarımfinalda 2-incilərlə üz-üzə gələcək. Finala gedən yolda uduzan idmançılar isə bürünc medala yiyələnəcək.

Həmin kateqoriyadan