Karvaxal sərt cəzalandırıla bilər

“Real Madrid”in müdafiəçisi Daniel Karvaxal çempionlar liqasının 1/4 final matçının fasiləsində “Arsenal”ın cinah oyunçusu Bukayo Saka ilə münaqişəyə görə 4 oyunluq cəzalandırıla bilər.

Allsport.az xəbər verir ki, Sakanın uğursuz penaltisi zamanı aşırma zərbə etmək istəyi ispaniyalı futbolçunun qəzəbinə tuş gəlib. O, bunu “Real Madrid”ə hörmətsizlik əlaməti kimi qəbul edərək ingilis hücumçuya etiraz edib.

Karvaxal zədəli olduğu üçün bu görüşdə iştirak etməyib.

Həmin kateqoriyadan