Kaxaber Sxadadze: “Bu tip görüşlərdə 1 qol həlledici olur”

“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Oyun gərgin keçdi. Bu tip görüşlərdə 1 qol həlledici olur. Əsasən də, hər iki komanda müdafiədə diqqətli oynayır. Hesab edirəm ki, komandalar müdafiədə diqqətli olub, rəqibin səhvindən yararlanmağa çalışırlar. Qol olmasa da, keyfiyyətli oyun alındı. Yarımqol vəziyyətləri yaratdıq. Heç-heçə isə ədalətli nəticədir. Düşünürəm ki, bu oyunu unutmalı və “Xəzər Lənkəran”la vacib qarşılaşmaya hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan