Kiçik yaşlı cüdoçularımız Türkiyədə 18 medal qazanıb

Türkiyənin İzmit-Qocaeli şəhərində cüdo üzrə kiçik yaşlı yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

Allsport.az saytı xəbər verir ki, 5 ölkədən 570 nəfərin iştirak etdiyi yarışa “Təhsil” respublika idman mərkəzinin və Bakı şəhəri 1 nömrəli idman liseyinin komandaları 52 idmançı ilə qatılıb.

Yarışda mərkəzin təmsilçiləri 6 qızıl, 2 gümüş, 1 bürünc, liseyin komandası 2 qızıl, 3 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 18 medal qazanıblar.

Həmin kateqoriyadan