Kiçikyaşlı cüdoçuların paytaxt birinciliyinə start verilib

FHN-in Hövsanda yerləşən olimpiya idman mərkəzində kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyinə start verilib. Allsport.az xəbər verir ki, yarışda 718 cüdoçu mübarizə aparır.

Paytaxtın 62 klubunu təmsil edən kiçik yaşlı cüdoçular qalib adı uğrunda yarışıblar. Birinciliyin ilk günü oğlan və qızlar arasında 5 çəki dərəcələrində mükafatçılar müəyyənləşib.

Müxtəlif çəki dərəcələrində Fatimə Xayırova, Darya Bıkova, Səfiyyə Əzizova, Zəhra Hüseynzadə, Aysun Məmmədova, İsmayıl İsmayılzadə, Rəsul Əlizadə, Elnur Sultanov, Murad Rüstəmli və Səid Hüseyniv bütün rəqiblərinə qalib gələrək paytaxt birinciliyinin qalibi adına layiq görülüblər.

Şəhər birinciliyinin görüşləri ippon.az/tv saytında canlı yayımlanır.

Həmin kateqoriyadan